Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti müddətsiz aclıq aksiyasına başlayacaq

Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti müddətsiz aclıq aksiyasına başlayacaq
# 06 fevral 2007 14:19 (UTC +04:00)
Müdafiə Nazirliyinin mühafizə hissəsinin keçmiş komandir müavini, polkovnik-leytenant Rasim Muradov bu günlərdə müddətsiz aclıq aksiyasına başlamağı planlaşdırır. R. Muradovun APA-ya verdiyi məlumata görə, ordudan tərxis olunması üçün Müdafiə Nazirliyinə etdiyi müraciətə bu günə qədər cavab verilməyib: “Mən hazırda müraciətimin cavabını gözləyirəm. Əgər yaxın bir neçə günə ordudan tərxis olunmasam, müddətsiz aclıq aksiyasına başlayacam. Orduda 21 ildir ki, hərbi xidmət edirəm və bu gün tərxis olunmaq hüququm var”. R. Muradov deyib ki, hazırda komandanlıq tərəfindən ona müraciətlərini dayandırması üçün təzyiqlər davam etdirilir.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri, polkovnik Ramiz Məlikov isə APA-ya açıqlamasında R.Muradovun müraciətlərindən xəbərsiz olduğunu deyib. Zabitin aclıq aksiası keçirməsini “onun öz işi” adlandıran R. Məlikov onda bu barədə məlumat olmadığını söyləyib: “Mən bu məsələyə əlavə şərh vermək istəmirəm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR