BVF-nin Azərbaycan nümayəndəliyinin ofisinin qarət edilməsi ilə bağlı istintaq araşdırmasını DİN-in Baş Təhqiqat və İstintaq İdarəsi aparır

BVF-nin Azərbaycan nümayəndəliyinin ofisinin qarət edilməsi ilə bağlı istintaq araşdırmasını DİN-in Baş Təhqiqat və İstintaq İdarəsi aparır
# 06 fevral 2007 14:37 (UTC +04:00)
İş üzrə ibtidai istintaq Daxili İşlər Nazirliyinin (DİN) Baş Təhqiqat və İstintaq İdarəsində aparılır. Bu barədə APA-ya DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. E. Zahidov bildirib ki, fakt üzrə hələlik saxlanılan yoxdur, hadisəni törədən şəxsin kimliyi də müəyyənləşdirilməyib. Qeyd edək ki, ötən həftə sonu nümayəndəliyin ofisindən 4 kompüter prosessoru oğurlanıb. Otaqdan başqa heç bir əşya götürülməyib. Otaqların qapıları, pəncərələri və şüşələri zədələnməyib. BVF əməkdaşları hesab edir ki, prosessorların oğurlanmasında yeganə məqsəd fondun informasiyalarını əldə etmək olub. Çünki BVF-nin bütün məlumat bazası məhz bu sistemlərdə saxlanılır. BVF-nin Azərbaycandakı daimi nümayəndəliyinin ofisi Maliyyə Nazirliyinin inzibati binasının üçüncü mərtəbəsində yerləşir və bina daim polis tərəfindən mühafizə olunur. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR