Qarabağ müharibəsi əlili qanunla ona verilməli olan güzəştləri, imtiyazları əldə edə bilmədiyini deyir

Qarabağ müharibəsi əlili qanunla ona verilməli olan güzəştləri, imtiyazları əldə edə bilmədiyini deyir
# 06 fevral 2007 14:42 (UTC +04:00)
Qubadlı rayonundan məcburi köçkün, Qarabağ müharibəsi əlili Bəkir Bayramov qanunla ona verilməli olan güzəştləri, imtiyazları uzun illərdir əldə edə bilmədiyindən Azərbaycan vətəndaşlığından imtina etmək istəyir. APA-nın məlumatına görə, B. Bayramov keçirdiyi mətbuat konfransında bildirib ki, 1993-cü ildən məcburi köçkündür və hazırda Bakıda C. Hacıbəyli küçəsindəki 1 saylı yataqxanada 4 nəfərdən ibarət ailəsi ilə birlikdə yaşayır. B. Bayramov aidiyyəti qurumlara dəfələrlə müraciət etməsinə baxmayaraq, mənzil və avtomobillə təmin edilmədiyini söyləyib: “İki azyaşlı uşaqla, xəstə həyat yoldaşımla 9 kvadrat metrlik, heç bir kommunal şəraiti olmayan soyuq otaqda çürüyürəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində isə 10 ildir mənə ancaq vəd verirlər”. B. Bayramov ailə üzvləri ilə birgə Azərbaycan vətəndaşlığından imtina etmək istədiyini və üzləşdiyi haqsızlıqlarla bağlı dövlət başçısına müraciət etdiyini deyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlil, tənha və ahıllara sosial xidmət şöbəsinin müdir müavini Rauf İsbatov isə bildirib ki, B. Bayramovun dedikləri həqiqətə uyğun deyil və o, Abşeron rayonu ərazisində müstəsna hal kimi 6 sot torpaq sahəsi ilə təmin olunub. R. İsbatov B. Bayramovun avtomobil almasında da problem olmadığını açıqlayıb: “Bəkir Bayramov 2005-ci il yanvarın 19-da 1031-ci adam kimi avtomobil növbəsinə durub. Növbədə olanların hamısı əlillərdir və biz Bəkir Bayramova növbədənkənar avtomobil verə bilmərik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR