MAU tələbələrinin valideynlərinin baş nazirin müavini Elçin Əfəndiyevlə görüşü baş tutmayıb

MAU tələbələrinin valideynlərinin baş nazirin müavini Elçin Əfəndiyevlə görüşü baş tutmayıb
# 06 fevral 2007 15:13 (UTC +04:00)
Müstəqil Azərbaycan Universitetinin (MAU) tələbələrinin valideynlərinin baş nazirin müavini Elçin Əfəndiyevlə bu günə planlaşdırılan görüşü baş tutmayıb. Bu barədə APA-ya Tələbələrin Hüquqlarının Müdafiə Komitəsinin sədri Vüqar Süleymanov məlumat verib. Onun sözlərinə görə, ötən gün valideynlər nazir müavini ilə görüş təyin etsələr də, naməlum səbəblərə görə bu gün E. Əfəndiyev onları qəbul etməyib. V. Süleymanov bildirib ki, tələbələr digər dövlət orqanlarının rəhbərləri ilə də görüşmək üçün cəhd edəcəklər. O, problemlərinin həlli üçün bu vaxta qədər dəfələrlə əl atdıqları aclıq aksiyasının artıq arxa plana keçdiyini də vurğulayıb: “Biz tədbirlərimizi əsasən hüquqi müstəvidə davam etdirəcəyik. Bu işi Avropa Məhkəməsinə kimi davam etdirmək fikrindəyik. Ona görə də indiki məqamda aclıq aksiyası keçirmək barədə düşünmürük”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR