Məhkəmə-Hüquq Şurası iki hakimə töhmət verib

Məhkəmə-Hüquq Şurası iki hakimə töhmət verib
# 06 fevral 2007 15:23 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda Apellyasiya Məhkəməsində əmək və icra intizamına əməl olunması barədə məlumat dinlənilib. Qeyd olunub ki, Apellyasiya Məhkəməsində işin təşkili, əmək və icra intizamına əməl olunması vəziyyəti Ədliyyə Nazirliyi tərəfindən öyrənilib, bu sahədə ciddi nöqsanlar və qanun pozuntuları aşkar edilib. İşlərə süründürməçiliklə baxılması, məhkəmə qərarlarının vaxtında hazırlanmaması və təqdim edilməməsi, kassasiya şikayətlərinin gecikdirmələrlə göndərilməsi, məhkəmə qərarlarının icraya uzun müddət yönəldilməməsi və vətəndaşların haqlı narazılığına səbəb olan digər qanun pozuntuları ilə bağlı məlumat müzakirə olunub, məhkəmənin 8 hakimi barəsində intizam icraatına başlanması barədə qərar qəbul edilib. Həmçinin fəaliyyətlərində ciddi nöqsanlara yol vermiş 2 hakim barədə Məhkəmə-Hüquq Şurası tərəfindən intizam icraatına başlanılıb. Əvvəllər başlanmış intizam icraatlarına baxılaraq fəaliyyətlərində qanunvericiliyin tələblərinin pozulması hallarına yol verdiklərinə görə Yasamal Rayon Məhkəməsinin hakimi Məlahət Abdulmanafova və Nərimanov Rayon Məhkəməsinin hakimi Liliya Mavrinaya töhmət verilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR