Ötən il Ali Məhkəməyə daxil olan ərizə və şikayətlərin sayı azalıb

Ötən il Ali Məhkəməyə daxil olan ərizə və şikayətlərin sayı azalıb
# 06 fevral 2007 15:24 (UTC +04:00)
Ötən il Ali Məhkəməyə daxil olan ərizə və şikayətlərin sayı azalıb. APA-nın məlumatına görə, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev məlumat verib. R. Rzayev bildirib ki, 2006-cı ildə Ali Məhkəməyə 20287 ərizə və şikayət daxil olub. 2005-ci ildə isə bu göstərici 24791 olub. Ötən il Ali Məhkəmədə 3906 işə baxılıb. Bu isə 2005-ci illə müqayisədə 3,7 faiz azdır. Ali Məhkəmənin Plenumu tərəfindən keçən il 38, 2005-ci ildə 70 işə baxılıb. R. Rzayevin sözlərinə görə, bu göstəricilər birinci instansiya və Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilən qərarların stabilliyinə, işlərə keyfiyyətli baxılmasına dəlalət edir. R. Rzayev həmçinin bildirib ki, qanunsuz və əsassız qərar qəbul etmiş, vətəndaşların haqlı narazılığına səbəb olan hərəkətlərə yol verən hakimlər barədə Ali Məhkəmənin Plenumu tərəfindən 30 xüsusi qərardad çıxarılıb. Kobud qanun pozuntularına yol vermiş hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün Ali Məhkəmə tərəfindən Məhkəmə-Hüquq Şurasına müraciət olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR