Dövlət ittihamçılarının sayı artırılıb

Dövlət ittihamçılarının sayı artırılıb
# 06 fevral 2007 15:26 (UTC +04:00)
Regionlarda yeni apellyasiya məhkəmələrinin yaradılması ilə əlaqədar dövlət ittihamçılarının sayı artırılıb. APA-nın məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən iclasında məlumat verib. Z. Qaralov bildirib ki, dövlət ittihamçılarının sayı 50 ştat artırılaraq 145-ə çatdırılıb. Hazırda respublikada 95 prokurorluq əməkdaşı dövlət ittihamçısı kimi fəaliyyət göstərir. Baş prokurorun sözlərinə görə, yeni məhkəmələr fəaliyyətə başlayandan sonra yeni dövlət ittihamçıları ilə bağlı müvafiq əmrlər veriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR