İslamabadda Azərbaycan səfirliyinin inzibati binasının təməlqoyma mərasimi keçiriləcək

İslamabadda Azərbaycan səfirliyinin inzibati binasının təməlqoyma mərasimi keçiriləcək
# 06 fevral 2007 15:28 (UTC +04:00)
Sabah İslamabadda Azərbaycanın Pakistandakı səfirliyinin iqamətgahı və yaşayış binası kompleksindən ibarət inzibati binasının təməlqoyma mərasimi keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Pakistandakı səfirliyinin müşaviri Sabir Rzayev məlumat verib. Mərasimdə Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, təhsil naziri Misir Mərdanov, müdafiə sənayesi naziri Yavər Camalov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Pakistan hökumətinin üzvləri iştirak edəcək. Qeyd edək ki, Azərbaycan səfirliyi İslamabadda 1997-ci ildən fəaliyyət göstərir. Hazırda səfirlik icarəyə götürülmüş binada fəaliyyət göstərir. Diplomatın sözlərinə görə, səfirliyin inşası üçün Azərbaycan hökuməti tərəfindən yer alınıb. Səfirlik yeni binaya 2 ildən sonra köçəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR