“Tolışi sedo” qəzetinin baş redaktoru həbs olunub

“Tolışi sedo” qəzetinin baş redaktoru həbs olunub
# 06 fevral 2007 15:45 (UTC +04:00)
Yasamal rayon Məhkəməsində hakim Svetlana İsmayılovanın sədrliyi ilə keçirilən prosesdə Novruzəli Məmmədovun 15 sutka müddətinə həbs olunması barədə qərar çıxarılıb. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. Jurnalist polisə müqavimətdə təqsirləndirilir. Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya açıqlamasında bildirib ki, “Tolışi sedo” tirajı kifayət qədər az olan, nəşri çoxdan dayandırılmış, ara-sıra işıq üzü görən qəzetlərdəndir: “Belə olan halda məsələdə jurnalist faktorunun qabardılması nə dərəcədə düzgün olması bizim üçün də maraqlıdır. Novruzəli Məmmədovun saxlanmasının jurnalist fəaliyyəti ilə bağlılığı və ya arada başqa motivlərin olub-olmadığı aydınlaşandan sonra qəti fikir söyləmək mümkündür”.
Qeyd edək ki, N. Məmmədov Milli Elmlər Akademiyasında da çalışır./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR