Bu ilin 2 ayı ərzində 2 hakim cəzalandırılıb

Bu ilin 2 ayı ərzində 2 hakim cəzalandırılıb
# 07 fevral 2007 09:22 (UTC +04:00)
İndiyədək Məhkəmə-Hüquq Şurası (MHŞ) tərəfindən 70 hakim barəsində intizam icraatı başlanılıb. Bu haqda APA-ya MHŞ-dan məlumat verilib. Ötən il ərzində Şuranın qərarı ilə 25 hakim haqqında intizam tənbehi tədbiri tətbiq olunub, 2 hakimin - Nizami Rayon Məhkəməsinin hakimi Vilayət Nadirov və Xətai Rayon Məhkəməsinin hakimi İsgəndər Qasımovun səlahiyyətinə isə vaxtından əvvəl xitam verilib. Cari ilin 2 ayı ərzində 2 hakim cəzalandırılıb. İndiyədək Şura tərəfindən cəzalandırılan hakimlərin sayı 40-dan artıqdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR