Azərbaycanın şimal bölgəsində "Coca-Cola" və “Pepsi” əleyhinə vərəqələr yayılır

Azərbaycanın şimal bölgəsində "Coca-Cola" və “Pepsi” əleyhinə vərəqələr yayılır
# 07 fevral 2007 09:22 (UTC +04:00)
APA-nın şimal bürosunun məlumatına görə, vərəqədə məşhur sərinləşdirici içki olan "Coca-Cola" sözünün tərsinə və ərəb hərfləri ilə yazılışının "Məhəmməd yox, Məkkə yox" mənası verdiyi qeyd olunur. Vərəqənin sağ tərəfində əllə qeyd olunmuş yazıda isə "Pepsi" sözündəki hərflərin açılışı verilib. Qeyd müəllifləri iddia edirlər ki, “Pepsi” sözünün baş hərflərinin açılışının mənalarını cümlə kimi tərtib edəndə "Hər bir ödəniş İsrailin təhlükəsizliyi üçün" mənasını verir. Vərəqənin axırında onun yayılması tövsiyə olunur və bildirilir ki, bunu edənlər İslam düşmənlərinə qarşı cihada qatılmış olurlar. Qeyd edək ki, vərəqələr Quba rayonunda daha çox yayılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR