Milli Teleradio Şurasının ANS-in tezliyi üzrə tenderin nəticələri ilə bağlı iclası bu həftənin sonu keçiriləcək

Milli Teleradio Şurasının ANS-in tezliyi üzrə tenderin nəticələri ilə bağlı iclası bu həftənin sonu keçiriləcək
# 07 fevral 2007 09:34 (UTC +04:00)
Bu həftənin sonunda Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS televiziyası və ANS ÇM radiosunun tezliyi üzrə elan olunan tenderin nəticələri ilə bağlı iclası keçiriləcək. Bu barədə APA-ya açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli məlumat verib. N.Məhərrəmli bildirib ki, həmin iclasda ANS-ə lisenziyanın verilib-verilməməsi barədə hər hansı qərarın qəbul olunacağı gözlənilir.
Qeyd edək ki, ANS televiziyası və ANS ÇM radiosunun tezliyi üzrə elan olunan tenderin nəticələri ilə bağlı hazırlıq iclası yanvarın 31-də keçirilib. ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin də iştirak etdiyi iclasda MTRŞ-nin iradları dinlənilib. N.Məhərrəmli hazırlıq iclasından sonra APA-ya açıqlamasında danışıqların qənaətbəxş keçdiyini bildirmişdi. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR