İqdır bələdiyyə başqanı Nurəddin Aras: “Son dövrlər türk millətinin şərəfli tarixini “soyqırımı” kimi barbarlıqla ləkələməyə yönəlik cəhdlər artıb”

İqdır bələdiyyə başqanı Nurəddin Aras: “Son dövrlər türk millətinin şərəfli tarixini “soyqırımı” kimi barbarlıqla ləkələməyə yönəlik cəhdlər artıb”
# 07 fevral 2007 10:41 (UTC +04:00)
“Ermənistan dünyanın ən müxtəlif ölkələrində erməni diaspora qurumları ilə birlikdə uzun illərdir türk xalqı əleyhinə yalan iddialara əsaslanan təbliğat yürütməkdədir”. Bu açıqlamanı APA-ya 25 fevral 2007-ci ildə Hollandiyanın Haaqa şəhərində keçiriləcək “Xocalı soyqırımı və yaxın tarixdə türklərə qarşı həyata keçirilən soyqırımları” konfransının təşkilatçısı, İqdır bələdiyyəsinin rəhbəri Nurəddin Aras verib. O, ermənilərin guya türklər tərəfindən soyqırımına məruz qalmaları barədə iddialarını getdikdə daha geniş müstəvidə və daha aktiv şəkildə səsləndirdiklərini deyib. “Bu prosesə müşahidəçi mövqeyindən yanaşmağımız erməniləri daha da həvəsləndirməkdədir. Son dövrlər türk millətinin şərəfli tarixini “soyqırımı” kimi barbarlıqla ləkələməyə yönəlik cəhdlər artıb. Amma unutmaq olmaz ki, bir çox bölgədə türk millətinə qarşı böyük vəhşiliklər edilib və bu proses davam etməkdədir. Tarixi türk yurdu olan Ermənistanda, Anadoluda və Azərbaycanda ermənilər tərəfindən türk xalqına qarşı sistematik, planlı bir soyqırımı siyasətinin həyata keçirildiyi hər kəsə məlumdur. Bu siyasət nəticəsində Anadoludan Azərbaycana qədər yüzlərlə türk kəndi yandırılıb, yüz minlərlə insan soyqırımına məruz qalıb və yurd-yuvalarından didərgin düşüb. Bu geniş miqyaslı soyqırımı insanlığa qarşı cinayət kimi qəbul olunmalıdır. Tarixdə Xocalı soyqırımına bənzər bir çox hadisələr yaşadıq. Ancaq türk milləti olaraq keçmişin dəhşətli hadisələrini unutmaq istəyimiz, bu hadisələrin yeni düşmənçiliklər üçün səbəb kimi istifadə olunacağını düşünməyimiz düşmənlərimiz tərəfindən səhv başa düşüldü. Onlar tarixdə baş verən hadisələrin gerçək mahiyyəti dəyişdirilərək, öz etdiklərini bizim adımıza yazaraq bizim əleyhimizə istifadə etməyə cəhd göstərdilər”. Nurəddin Aras türk xalqının xoş niyyətinin bu xalqın əleyhinə ittihamlarla nəticələndiyini deyib: “Bu il “Xocalı soyqırımı və yaxın tarixdə türklərə qarşı həyata keçirilən soyqırımları” konfransını Hollandiyanın Haaqa şəhərində keçirməyə qərar verdik. Konfrans üçün Haaqa şəhərini seçməyimizin məqsədi Beynəlxalq Tribunalın bu şəhərdə yerləşməsidir. Bundan başqa Haaqada 1.245 iqdırlı ailəsi yaşayır. Konfransımıza çox nüfuzlu şəxsləri dəvət etmişik. İştirakçılar sırasında istefada olan səfir Bilal Şimşir, istefada olan türk generalı Necati Özgen, professorlar Yaqub Məmmədov, Kərim Şükürov, Həvva Məmmədova, Ənvər Konukçu, Osman Mətin Öztürk, araşdırmaçılar Yalçın Sarıkaya, Arslantürk Akyıldız, Səfa Yörükəl qatılacaq. Konfransın bütün təşkilati işlərini Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalovla birgə həyata keçiririk”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR