Sabiq hərbi hissə komandiri barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayəti verilib

Sabiq hərbi hissə komandiri barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayəti verilib
# 07 fevral 2007 12:15 (UTC +04:00)
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sabiq komandiri Elxan Hüseynov barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayəti verilib. Bu barədə APA-ya məlumat verən E. Hüseynovun vəkili Əlibaba Rzayev bildirib ki, hələlik şikayətə nə vaxt baxılacağı məlum deyil.
Qeyd edək ki, sabiq komandirə Cinayət Məcəlləsinin (CM) 125-ci (özünü öldürmə həddinə çatdırma), 311-ci (rüşvət alma), 331.3 (hərbi qulluqçunu təhqir etmə, döymə və işgəncə vermə), 341.3 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb. O, komandiri olduğu hərbi hissədə xidmət edən əsgər Teymur İsmayılovu özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilir.
Onu da qeyd edək ki, ötən il dekabrın 7-də ermənilərin əsir götürdüyü Azərbaycan Ordusunun əsgəri Vüsal Qaracayev E. Hüseynovun komandir olduğu hərbi hissədə xidmət edib. V. Qaracayev dekabrın 23-də əsirlikdən buraxılıb və bu günlərdə həbs olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR