Ramil Səfərovun Hüquqlarının Müdafiəsi üzrə Koordinasiya Şurasının iclası keçirilib

Ramil Səfərovun Hüquqlarının Müdafiəsi üzrə Koordinasiya Şurasının iclası keçirilib
# 07 fevral 2007 12:20 (UTC +04:00)
Macarıstanda erməni zabiti Qurgen Markaryanı öldürməkdə təqsirləndirilərək ömürlük həbs cəzasına məhkum olunmuş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Hüquqlarının Müdafiəsi üzrə Koordinasiya Şurasının bu gün növbəti iclası keçirilib. Bu barədə APA-ya Koordinasiya Şurasının üzvü, millət vəkili Azay Quliyev məlumat verib. A.Quliyev bildirib ki, iclasda fevralın 22-də Budapeşt məhkəməsinin R.Səfərovla bağlı qərarından baxılacaq apellyasiya şikayətinə dair məsələ müzakirə olunub. Onun sözlərinə görə, R.Səfərovla bağlı cəzanın yüngülləşdirilməsi üçün müəyyən şanslar var: “Ancaq ümumi nəticənin qənaətbəxş olacağına ümid azdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR