Jurnalist Samir Əsgərxanovun tunc barelyefini oğurlayan Neftçala sakini barəsində həbs-qətimkan tədbiri seçilib

Jurnalist Samir Əsgərxanovun tunc barelyefini oğurlayan Neftçala sakini barəsində həbs-qətimkan tədbiri seçilib
# 07 fevral 2007 13:43 (UTC +04:00)
Yasamal rayon Məhkəməsinin qərarı ilə mərhum jurnalist Samir Əsgərxanovun qəbrinin üstündə qoyulmuş tunc barelyefin oğurlanmasında ittiham olunan Neftçala rayon sakini Adıgözəl İsgərov barəsində həbs-qətimkan tədbiri seçilib. Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Əli Məmmədov məlumat verib. Ə. Məmmədov bildirib ki, tüfeyli həyat tərzi keçirən A. İsgərov barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. A. İsgərov barelyefi satıb spirtli içki almaq üçün oğurluq edib.
Xatırladaq ki, S. Əsgərxanov 1998-ci ildə vəfat edib və Yasamal qəbiristanlığında torpağa tapşırılıb. S. Əsgərxanov uzun müddət AzTV-də siyasi şərhçi işləyib, erməni terroru ilə bağlı verilişlərin müəllifi olub. MTN mərhum jurnalistin adına mükafat təsis edib. Mükafat mətbuatda, elektron KİV-də erməni terroru və vətənpərvərlik mövzusunda çıxış edən jurnalistlər arasında keçirilən müsabiqənin qaliblərinə verilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR