“İlin Hüquq Mükafatları”nın təqdimat mərasimi keçirilib

“İlin Hüquq Mükafatları”nın təqdimat mərasimi keçirilib
# 07 fevral 2007 13:56 (UTC +04:00)
Bu gün Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən “İlin Hüquq Mükafatları”nın təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, 11 nominasiya üzrə 22 nominant Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən İnternet və digər vasitələrlə, o cümlədən 113 neytral mütəxəssis arasında bir il müddətinə aparılan sorğuların nəticələri əsasında müəyyən olunub.
“İlin hüquqşünası” Prezidentin İcra Aparatının şöbə müdiri Fuad Ələsgərov, “İlin hakimi” Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyev, “İlin məhkəmə orqanı” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, uğurlu penitensiar islahatların aparılması sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, “ilin hüquq müdafiəçisi” Sahib Məmmədov, Novella Cəfəroğlu, Çingiz Qənizadə, Eldar Zeynalov, “İlin hüquq firması” BM Hüquq Firması, “Kermur Consulting” firması, “Viza” Hüquq Firması, hüquq İslahatlarının həyata keçirilməsində göstərdiyi xidmətlərə görə “İlin beynəlxalq təşkilatı” GTZ Alman Texniki Əməkdaşlıq Cəmiyyəti, “İlin elmi tədqiqat institutu” Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu, “İlin hüquq maarifçisi” Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisi, “İlin hüquq maarifləndirmə internet səhifəsi” Məhkəmə-Hüquq Şurasının İnternet səhifəsi (www.judicialcouncil.org.az), Azərbaycan Respublikası Ali Məhkəməsinin İnternet səhifəsi (www.supremecourt.gov.az), hüquqi maarifləndirmə sahəsində ilin mətbuat orqanı nominasiyası üzrə “Azərbaycan”, “Xalq” qəzetləri, “Qanunçuluq”, “Cəmiyyət və Cəza” jurnalları, “Exo”, “Ayna-Zerkalo” qəzetləri qalib olublar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR