Lənkəranda ötən ilin yekunları ilə bağlı toplantı keçirilib

Lənkəranda ötən ilin yekunları ilə bağlı toplantı keçirilib
# 07 fevral 2007 14:09 (UTC +04:00)
Bu gün Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı yanında Şuranın geniş iclası olub. APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə ŞİH başçısı Süleyman Mikayılov 2006-cı ilin yekunları və cari ildə qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib. Məruzədə ötən il sənayedə, kənd təsərrüfatında, xidmət sahələrində əldə olunan uğurlu nəticələrlə yanaşı, nöqsanlar da hərtərəfli təhlil olunub. Məruzə ətrafından çıxış edən şəhər Təhsil Şöbəsinin müdiri Səmədağa Abdullayev, maliyyə idarəsinin rəisi İqbal Rəcəbov, Regional Diaqnostika Mərkəzinin direktoru Malik Məmmədov, 6 saylı ərazi vergilər idarəsinin rəisi Alimpaşa Məmmədov, rayon paylayıcı elektrik şəbəkəsinin direktoru Qılman Rəcəbov və başqaları rəhbərlik etdikləri sahələrin fəaliyyəti barədə danışıblar. İclasda həmçinin Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxış edib. Sonda ölkə başçısı İlham Əliyevə müraciət qəbul olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR