Sürət Hüseynovun qardaşının məhkəməsinin hazırlıq iclası fevralın 14-də keçiriləcək

Sürət Hüseynovun qardaşının məhkəməsinin hazırlıq iclası fevralın 14-də keçiriləcək
# 07 fevral 2007 14:09 (UTC +04:00)
Keçmiş baş nazir Sürət Hüseynovun qardaşı Asif Hüseynovun cinayət işçi üzrə hazırlıq iclası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə fevralın 14-də keçiriləcək. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. A.Hüseynov Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və israfetmə), 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və israfetmə) və 278-ci ( hakimiyyəti zorla ələ keçirmə və ya onu saxlama) maddələri ilə ittiham olunur. İttiham aktına görə, A.Hüseynov 1993-cü il yanvarın 1-dən 19940cü il oktyabrın 10-dək olan dövrdə Samux rayonunun Yun Tədarük İdarəsində əvvəl anbar rəisi, sonra isə həmin idarənin rəisi işləyib. O, idarədə rəis işləyərkən, həmin idarənin anbar müdiri İlqar Zeynalovla birlikdə 1.243 manat dəyərində 36.821 kiloqram yunu Yevlax Yun Tədarükü və İlkin Emalı İstehsalat Birliyinə təhvil verməyərək mənimsəyib. Bundan başqa, A.Hüseynov Surət Hüseynov, Kəramət Kərimov, Nüsrət Budaqov və digərləri ilə cinayət əlaqəsinə girərək, 1994-cü ildə dövlət çevrilişinə cəhddə iştirak edib. О, S. Hüseynovun təşkil etdiyi Şəhid ailələri “Nicat Müdafiə Komitəsi” adı altında fəaliyyət göstərən silahlı dəstənin tərkibində olub, qrupun digər üzvləri ilə birlikdə 1994-cü il oktyabrın 4-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə basqın edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR