Abşeronun Masazır kəndində qətl hadisəsi baş verib

Abşeronun Masazır kəndində qətl hadisəsi baş verib
# 07 fevral 2007 14:24 (UTC +04:00)
Dünən gecə Abşeron rayonunun Masazır kəndində qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir qrup kənd sakini arasında mübahisə yaranıb. Mübahisə zamanı kənd sakinləri Emin İsmayılovla Zaur Budaqov bıçaqlanıb. Emin İsmayılov aldığı xəsarətdən keçinib, Zaur Budaqov isə xəstəxanaya çatdırlıb. Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində E. İsmayılovla Z. Budaqovu bıçaqlayan şəxsin Masazır kənd sakini Xeyrulla Xanlarov olduğu müəyyənləşdirilib. Qatil həbs olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR