Bərdədə heyvanlar arasında süni mayalanma prosesi genişləndirilir

Bərdədə heyvanlar arasında süni mayalanma prosesi genişləndirilir
# 07 fevral 2007 15:31 (UTC +04:00)
“Mercy Corps” Beynəlxalq Yardım və İnkişaf Agentliyinin dəstəyi ilə Bərdədə yerli baytar həkimlər heyvanlar arasında süni mayalanma prosesini genişləndirməyə başlayıblar. Mütəxəssislər xüsusilə Holland tipli iribuynuzlu heyvan cinsinə üstünlük verirlər. “Azərbaycanın kənd ərazilərində biznes xidmətlərindən birgə istifadə” layihəsinin rəhbəri Ələkbər Ələsgərov APA-nın Qarabağ bürosuna bildirib ki, süni mayalanma yolu ilə artırılan cinslər təbii yolla cütləşmədən əldə olunan döldən həm sağlam olur, həm də iqtisadi göstəricilərinə (ətlik baxımından) əlverişli olurlar. Eyni zamanda süni mayalanma heyvandarlıqda xəstəliklərin yayılmasının qarşısını almaq üçün ən yaxşı vasitələrdən biri hesab olunur. Ə. Ələsgərov onu da deyib ki, layihənin həyata keçirildiyi 6 rayondan birində - Bərdədə ötən il fermerlər süni mayalanma yolu ilə 260 baş buzov əldə ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR