Apellyasiya Məhkəməsi “Azadlıq” qəzetinin iddiasını qismən təmin edib

Apellyasiya Məhkəməsi “Azadlıq” qəzetinin iddiasını qismən təmin edib
# 07 fevral 2007 15:44 (UTC +04:00)
Apellyasiya Məhkəməsi “Azadlıq” qəzetinin Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyatçısı Adil Ələkbərov və Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin komandiri Şahin Sultanova qarşı qaldırdığı apellyasiya şikayətini qismən təmin edib. Bu barədə APA-ya məlumatı qəzetin baş redaktoru Qənimət Zahid verib. Hakim Mirzə Tağızadənin sədrliyi ilə keçirilən iclasda Səbayel rayon məhkəməsinin A. Ələkbərovun iddiası üzrə qəbul etdiyi qətnaməsinin qismən dəyişdirilməsi - qəzetin üzərinə qoyulan 5000 min manat cərimənin 1000 yeni manata endirilməsi, qəzetin isə təkzib verməsi barədə qərar çıxarıb. Ş. Sultanovun iddiası üzrə qəbul olunmuş qətnamədə qəzetin üzərinə qoyulmuş 1000 manat cərimənin 500 manata endirilməsi qərara alınıb. Q. Zahid isə Apellyasiya Məhkəməsinin qərarı ilə razı olmadığını və bununla bağlı Ali Məhkəməyə kasasiya şikayəti edəcəyini bildirib: “Biz qətnamənin tamamilə ləğv olunmasını tələb edirik”. Xatırladaq ki, A. Ələkbərov “Azadlıq” qəzetinin 30 iyun 2006-cı il tarixli sayında dərc edilmiş “Mirzə Sakiti kimlər şərləyib?”, 25 iyul 2006-il tarixli sayında dərc edilmiş “Hacı Məmmədov və Abbas Abbasov” adlı yazıları ilə bağlı, Ş. Sultanov isə 16 may 2006-il tarixli sayında yayılmış “Kontr-admiralın konturları” adlı yazı ilə bağlı Səbayel rayon məhkəməsində iddia qaldırıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR