Bir qrup Ağcabədi sakini şəhərin mərkəzi küçələrinin işıqlarının söndürülməsinə etiraz olaraq aksiya keçirməyə cəhd göstərib

Bir qrup Ağcabədi sakini şəhərin mərkəzi küçələrinin işıqlarının söndürülməsinə etiraz olaraq aksiya keçirməyə cəhd göstərib
# 07 fevral 2007 15:47 (UTC +04:00)
Bir qrup Ağcabədi sakini şəhərin mərkəzi küçələrinin işıqlarının söndürülməsinə etiraz olaraq Məhəmməd Əmin Rəsulzadə küçəsində aksiya keçirməyə cəhd göstərib. Bu barədə APA-ya “Azərbaycan Yolu” Siyasi Hərəkatının Qarabağ bürosunun rəhbəri Tofiq Cəfərov məlumat verib. Onun sözlərinə görə, şəhər sakinlərinin aksiya keçirməsinin qarşısı alınıb: “İşıq Enerji İdarəsinin rəisi Yunis Məmmədov və polis mayoru Xaqani Sadıqov aksiyanın təyin olunduğu yerə gəldilər və söz verdilər ki, qısa müddətdə işıq problemi həll olunacaq. Sakinlər işıqların yandırılması üçün sabah günortaya kimi gözləyəcəklərini bildirdilər. Əks halda, şəhər icra hakimiyyətinin qarşısında mitinq keçiriləcək”. T. Cəfərovun sözlərinə görə, üç gündür rayonda naməlum səbəblərə görə işıqlar söndürülüb.
Rayon İşıq Enerji İdarəsinin rəisi Yunis Məmmədov isə APA-ya bildirib ki, üç gündür işıqların söndürülməsi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. O, yalnız məcburi olaraq enerjinin verilməsində məhdudiyyətlərin yarandığını qeyd edib: “Enerji ilə bağlı rayonda aksiyanın keçirilməsi ilə bağlı deyilənlər doğru deyil”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR