İran-Azərbaycan sərhədinin Ordubad ərazisində Araz çayı üzərində su elektrik stansiyasının inşasına dair layihə müştərək hazırlanacaq

İran-Azərbaycan sərhədinin Ordubad ərazisində Araz çayı üzərində su elektrik stansiyasının inşasına dair layihə müştərək hazırlanacaq
# 07 fevral 2007 16:21 (UTC +04:00)
İran-Azərbaycan sərhədinin Ordubad ərazisində Araz çayı üzərində tikilməsi qərarlaşdırılan su elektrik stansiyasının (SES) inşasına layihə hazır olandan sonra başlanacaq. APA-nın məlumatına görə, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əfşar Süleymani bildirib ki, SES-in tikilməsi ilə bağlı komissiya artıq yaradılıb. Səfir nəzərdə tutulan işlərin xeyli hissənin yekunlaşdığını da deyib: “Layihə müştərək hazırlanacaq. Tikinti isə hər ölkənin özü tərəfinə aparılacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR