Fevralın 15-də başlayacaq məhkəmədə Əli İnsanovla yanaşı, Səhiyyə Nazirliyinin daha 9 əməkdaşının işi araşdırılacaq

Fevralın 15-də başlayacaq məhkəmədə Əli İnsanovla yanaşı, Səhiyyə Nazirliyinin daha 9 əməkdaşının işi araşdırılacaq
# 07 fevral 2007 17:00 (UTC +04:00)
Fevralın 15-də Ağır Cinayətlərə Dair Məhkəmədə hakim Faiq Qasımovun sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanov və daha 9 nəfərin işi üzrə hazırlıq iclası keçiriləcək. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. Sabiq nazir Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə), 306.2 (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət alma), 313 (vəzifə saxtakarlığı), nazirliyinin əczaçılıq və tibbi texnika şöbəsinin sabiq müdiri Akif Məhərrəmov və həmin şöbənin üç əməkdaşı Eldar Rzayev, Hacı Əliyev, Şövqi Cəfərov 311.3.1, 311.3.2 və 311.3.3, nazirliyin beynəlxalq əlaqələr şöbəsinin sabiq müdiri Aleksandr Umnyaşkin 179.2.3, 179.2.4 maddələri ilə ittiham olunurlar. Nazirliyin büdcədənkənar tibbi xidmət şöbəsinin müdiri Vəkil Abbasov, nazirliyin digər əməkdaşları Fəxrəddin Abbasov, Pərviz Kazımov və Anar Namazov isə özəlləşdirmə zamanı yol verilən saxtakarlıqlarda ittiham olunurlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR