Vəkillər Kollegiyasına 5 vəkil barədə şikayət daxil olub

Vəkillər Kollegiyasına 5 vəkil barədə şikayət daxil olub
# 08 fevral 2007 08:43 (UTC +04:00)
Yanvar ayında Vəkillər Kollegiyasına 5 vəkil barədə şikayət daxil olub. Bu barədə APA-ya Vəkillər Kollegiyasından məlumat verilib. Hazırda şikayətlər İntizam Komissiyası tərəfindən araşdırılır. Komissiyanın rəyi hazır olandan sonra barəsində şikayət olan vəkillərin işi Rəyasət Heyətinin müzakirəsinə çıxarılacaq. İntizam Komissiyasında ötən ildən qalan daha 2 şikayət də var. Vəkillər Kollegiyasından bildiriblər ki, ötən 2 il ərzində 3 vəkil məhkəmənin qərarı ilə kollegiya üzvlüyündən çıxarılıb və onların vəkillik fəaliyyətinə xitam verilib. Bu müddətdə müxtəlif pozuntulara görə 8 vəkilə Rəyasət Heyətinin qərarı ilə töhmət elan olunub. Vəkillərlə bağlı şikayətlərin sayı çox olsa da, araşdırmalar zamanı onlar öz təsdiqini tapmayıb. İl ərzində vəkillər daha çox ev alqı-satqısı və icarəsi, qeyri-yaşayış sahələrinin istifadəsi ilə bağlı mülki mübahisələr və dələduzluq cinayətləri üzrə işlərə çıxıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR