Hərbçi yoldaşını qətlə yetirən əsgər 15 il müddətinə azadlıqdan məhrum edilib

Hərbçi yoldaşını qətlə yetirən əsgər 15 il müddətinə azadlıqdan məhrum edilib
# 08 fevral 2007 09:51 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mürsəl Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri Ruslan Mayılova hökm oxunub. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə R.Mayılova 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Qeyd edək ki, R.Mayılov əsgər yoldaşı Mübariz Hüseynovu şəxsi münasibətlər zəminində qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120.2.11 (qəsdən adam öldürmə), 181.2.4-ci (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilən quldurluq), 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən quldurluq), 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərbə vurmaqla törədilən quldurluq), 228.4-cü (qanunsuz odlu silah, partlayıcı maddələr əldə etmə və gəzdirmə) maddələri ilə ittiham olunurdu. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR