Qobustan qapalı həbsxanasına heroin keçirmək istəyən iki nəfər həbs olunub

Qobustan qapalı həbsxanasına heroin keçirmək istəyən iki nəfər həbs olunub
# 08 fevral 2007 10:14 (UTC +04:00)
Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinin əməkdaşları Qobustan qapalı həbsxanasına narkotik maddə keçirilməsinin qarşısını alıblar. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bakıxanov qəsəbəsinin sakinləri Orxan Məmmədov və Sabir Qasımov 1,53 qram heroini Qobustan həbsxanasına keçirməyə cəhd ediblər. Hər iki şəxs həbs olunub, faktla bağlı araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR