Müstəqil Azərbaycan Universitetinin rektoru Abbas Mustafayev infarkt keçirib

Müstəqil Azərbaycan Universitetinin rektoru Abbas Mustafayev infarkt keçirib
# 08 fevral 2007 10:15 (UTC +04:00)
Müstəqil Azərbaycan Universitetinin (MAU) rektoru Abbas Mustafayev, mühasib Esmira Eyvazova və xəzinədar Şirin Əsgərovanın məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb. Məlumatlı mənbədən APA-ya verilən məlumata görə, prosesin təxirə salınmasına səbəb A.Mustafayevin ağır xəstə olmasıdır. Mənbə bildirib ki, rektor bir müddət öncə infarkt keçirib və hazırda stasionar müalicə olunur. Məhkəmədən isə APA-ya bildirilib ki, artıq iş üzrə məhkəmə istintaqı yekunlaşıb. A.Mustafayevin səhhətində yaranmış problem həll olunandan sonra proses davam etdiriləcək və növbəti iclasda prokuror çıxış edəcək. Hələlik prosesin nə vaxt bərpa olunacağı bəlli deyil.
Qeyd edək ki, MAU-nun rektoru A.Mustafayev, mühasib E.Eyvazova və xəzinədar Ş.Əsgərova barəsində Cinayət Məcəlləsinin 213.4-cü (vergi ödəməkdən yayınma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb. A.Mustafayev barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR