Tovuzda və Bakının Əzizbəyov rayonunda silah-sursat tapılıb

Tovuzda və Bakının Əzizbəyov rayonunda silah-sursat tapılıb
# 08 fevral 2007 10:22 (UTC +04:00)
Tovuz rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində sahibsiz silah-sursat aşkarlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayon ərazisində 1 ədəd əldədüzəltmə tapança, 1 ədəd fişəngatan tapança, 4 ədəd qumbara, 47 ədəd müxtəlif çaplı patron və 5 ədəd patron darağı tapılıb. Bakının Əzizbəyov rayon Polis İdarəsinin əməkdaşları isə rayon ərazisində 1 ədəd nömrəsi silinmiş AK-74 avtomatı, 100 ədəd avtomat patronu və 3 ədəd patron darağı aşkarlayıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR