Məhkəmə ANS-in apellyasiya şikayəti ilə bağlı işin ekspertizaya göndərilməsi barədə qərar qəbul edib

Məhkəmə ANS-in apellyasiya şikayəti ilə bağlı işin ekspertizaya göndərilməsi barədə qərar qəbul edib
# 09 fevral 2007 15:00 (UTC +04:00)
Bu gün ANS Şirkətlər Qrupunun 1 saylı İqtisad Məhkəməsinin “ANS-Commerce”lə bağlı qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesə sədrlik edən hakim İlqar Dadaşov APA-ya bildirib ki, iclasda işin məhkəmə-mühasibatlıq ekspertizasına göndərilməsi barədə qərar qəbul olunub. Hakimin sözlərinə görə, ekspertiza “ANS-Commerce”-in vergi borclarının düzgün hesablanıb-hesablanmamasını araşdıraraq rəy verəcək. Ekspertizanın təyin olunması məhkəmənin təşəbbüsü ilə olub.
Qeyd edək ki, Vergilər Nazirliyi “ANS-Commerce”-də 88 min AZN məbləğində vergilərin düzgün hesablanmadığı və buna görə 22 min AZN maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərar çıxarıb. Bundan razı qalmayan ANS Şirkətlər Qrupu Vergilər Nazirliyinin qərarından 1 saylı İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Hakim Maşallah Əhmədovun sədrliyi ilə keçirilən iclasda ANS Şirkətlər Qrupunun nümayəndələri beynəlxalq auditor təşkilatının və yerli auditorların “ANS-Commerce”-də apardığı yoxlamaların nəticələrinin rəylərini məhkəməyə təqdim edib və bu rəylərin Vergilər Nazirliyinin auditorlarının rəyləri ilə uyğun gəlmədiyini sübut etməyə çalışıb. Sənədlər ekspertiza üçün Ədliyyə Nazirliyi Elmi-Tədqiqat Məhkəmə Ekspertizası Kriminalistika və Kriminologiya Problemləri İnstitutuna təqdim edilsə də, məhkəmə ANS Şirkətlər Qrupunun iddiasını əsassız sayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR