“Qarabağ müharibəsinin zəfərlə başa çatdırılması üçün mən prezidentə necə kömək edə bilərəm?” mövzusunda keçirilən elmi-praktik konfranslara yekin vurulub

“Qarabağ müharibəsinin zəfərlə başa çatdırılması üçün mən prezidentə necə kömək edə bilərəm?” mövzusunda keçirilən elmi-praktik konfranslara yekin vurulub
# 09 fevral 2007 15:23 (UTC +04:00)
Şəmkir və Gədəbəy Rayon İcra Hakimiyyətləri və Regionların İnkişafı İctimai Birliyinin təşəbbüsü ilə “Qarabağ müharibəsinin zəfərlə başa çatdırılması üçün mən prezidentə necə kömək edə bilərəm?” mövzusunda keçirilən elmi-praktik konfranslara yekin vurulub. APA-nın məlumatına görə, 10 gün davam edən tədbirin ilkin mərhələsində rayonların idarə, müəssisə və pedaqoji kollektivlərində dinləmələr olub, mövzu ilə əlaqədar 300-ə qədər məruzə Təşkilat Komitəsinə (TK) təqdim olunub. TK araşdırmalardan sonra 24 ən yaxşı işi qalib hesab edərək, rayon konfranslarına təqdim edib.
Bu gün həmin məruzələrin dinlənilməsi və qaliblərin mükafatlandırılması ilə əlaqədar Şəmkir və Gədəbəy rayonlarında elmi-praktik konfranslar keçirilib. Gədəbəy və Şəmkir Rayon İcra Hakimiyyətlərinin başçıları Nazim Veyisov və Kamran Rzazadə tədbirin əhəmiyyətindən danışaraq qeyd ediblər ki, bu gün hər bir Azərbaycan vətəndaşı itirilmiş torpaqlarımızın qaytarılmasında öz vətəndaşlıq borcunu yerinə yetirməklə ölkə başçısının siyasətinə dəstək olmalıdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR