Sahibkarı öldürən avtobus sürücüsünün işi üzrə istintaq yekunlaşıb

Sahibkarı öldürən avtobus sürücüsünün işi üzrə istintaq yekunlaşıb
# 09 fevral 2007 15:30 (UTC +04:00)
“Fidan” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təsisçisi Vilayət Mərdəliyevi qətlə yetirən 57 saylı marşrut avtobusunun sürücüsü Rüfət Məmmədov barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılmaq üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib. Məhkəmədən APA-ya bildirilib ki, cinayət işi hakim Mansur İbayevin icraatına verilib və fevralın 12-də iş üzrə hazırlıq iclası keçiriləcək.
İttiham aktına əsasən “Fİdan” MMC-yə məxsus 57 saylı marşrut avtobusunun sürücüsü R. Məmmədov digər sürücülərlə birlikdə ötən il iyunun 5-də cəmiyyətin təsisçisi Vilayət Mərdəliyevin yanına gedərək şəhərdə körpülərin tikilməsi ilə bağlı yaranan tıxaclarla əlaqədar gündəlik planın məbləğinin azaldılmasını istəyiblər və əks halda tətil edəcəklərini bildiriblər. V. Mərdəliyev isə onlara deyib ki, işə çıxmaqdan boyun qaçıran və cəmiyyətin sərnişindaşıma fəaliyyətini pozan sürücülər işdən kənarlaşdırılacaq. Əsəbiləşən R. Məmmədov sahibkarı bıçaqla qətlə yetirib. R. Məmmədov Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddəsi ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR