Orta məktəb şagirdləri arasında qızılca və suçiçəyi xəstəlikləri var

Orta məktəb şagirdləri arasında qızılca və suçiçəyi xəstəlikləri var
# 10 fevral 2007 09:43 (UTC +04:00)
“Orta məktəb şagirdləri arasında qızılca, suçiçəyi xəstəlikləri var. Amma bu xəstəliklərin geniş yayıldığını demək olmaz”. APA-nın məlumatına görə, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov verib. Nazir bildirib ki, belə xəstəliklər isitmə sistemi zəif olan məktəblərdə daha çox yayılır: “İstilik sistemi normal olan məktəblərdə təhsilin keyfiyyəti da yüksək olmalıdır”. Təhsil naziri dövlət başçısının tapşırığı ilə əvvəlcə paytaxtın, sonra isə ölkənin digər rayonlarında məktəblərin istilik sisteminin normal fəaliyyət göstərməsi üçün tədbirlər görüldüyünü deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR