Bakıda avtomobil oğurlamaq istəyən beş nəfər həbs edilib

Bakıda avtomobil oğurlamaq istəyən beş nəfər həbs edilib
# 10 fevral 2007 12:46 (UTC +04:00)
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən onlardan 2-si, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İsmayıl Sahatzadə və Sumqayıt sakini Bəxtiyar Dadaşov yaxalanıblar. DİN Çevik Polis Alayının və Nəsimi RPİ əməkdaşlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində isə qrupun digər üzvləri, Ağdam rayon sakini Ruslan Məhərrəmov, Yevlax rayon sakinləri Elxan Zeynalov və Elvin İsgəndərov da tutulublar. Onların həmin gün Beyləqan rayon sakini Sənan Həsənovu oyuncaq tapança ilə hədələyərək 40 manat pulunu və qızıl üzüyünü almaları da müəyyən edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR