DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları qadın alveri ilə məşğul olan dəstəni zərərsizləşdirib

DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları qadın alveri ilə məşğul olan dəstəni zərərsizləşdirib
# 10 fevral 2007 13:06 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları qadın alveri ilə məşğul olan dəstəni zərərsizləşdirib. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib. Aparılan əməliyyat tədbirləri nəticəsində qadın alverində günahkar bilinən Yevlax rayon sakini Lətafət Verdiyeva və Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Gülbəniz Səfərova insan alveri ilə məşğul olaraq qadınları Türkiyəyə və Pakistana aparıb, onları cinsi istismara məruz qoyduqları aşkarlanıb. Hər iki fakt üzrə cinayət işi başlanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR