Ekologiya və Təbii Sərvətlər Nazirliyi iri su anbarlarında aparılan monitorinqin nəticələrini açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iri su anbarlarında aparılan monitorinqin nəticələrini açıqlayıb
# 12 fevral 2007 08:11 (UTC +04:00)
Monitorinq nəticəsində məlum olub ki, ən çox çirklənməyə məruz qalan su anbarı Ağstafaçay su anbarıdır. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Ermənistan ərazisindən axıdılan təmizlənməmiş çirkab suların təsirinə məruz qalan Ağstafaçay su anbarı mütəxəssislər tərəfindən orta səviyyəli çirklənmə kimi qiymətləndirilib. Bu ilin yanvar ayında su anbarında oksigenin bioloji sərfi normadan 1,2, mis birləşmələri 3, fenollar 4, neft məhsulları isə 1,2 dəfə çox olub. Azərbaycanın iri həcmli Mingəçevir, Şəmkir su anbarlarında isə bu göstəricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini 2 dəfə aşıb. Ceyranbatan su anbarında suyun keyfiyyət göstəriciləri isə norma həddindədir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR