Harvard Universitetinin prezidenti qadın olacaq

Harvard Universitetinin prezidenti qadın olacaq
# 12 fevral 2007 08:24 (UTC +04:00)
ABŞ-nın ən qədim və ən söhrətli elm ocağı olan Harvard universitetinin 371 illik tarixində ilk dəfə olaraq bu təhsil mərkəzinin prezidenti postuna qadın seçilib. APA-nın ABŞ bürosunun məlumatına görə, universitetinin 30 nəfərdən ibarət Müşahidəçi Şurası öz qərarını bu gün açıqlayıb. Qərara əsasən, yaxın 5 ildə Amerika tarixi üzrə mütəxəssis Drü Qiplin Faust illik büdcəsi 3 milyard dollara bərabər olan, 11 məktəb və collecı birləşdirən təhsil mərkəzinə rəhbərlik edəcək. 59 yaşlı xanım Faust Harvard Universitetinin sayca 28-ci prezidenti olacaq. Qeyd edək ki, ABŞ-ın 9 sabiq prezidenti və 40-a yaxın Nobel mükafatı laureatı Harvard Universitetinin məzunları olublar. Azərbaycanda həmin universiteti bitirənlər arasında Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümov və tarixçi Fuad Axundov da var. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR