Həmkəndlisini öldürən Göyçay rayon sakininin işi ilə bağlı hazırlıq iclası keçiriləcək

Həmkəndlisini öldürən Göyçay rayon sakininin işi ilə bağlı hazırlıq iclası keçiriləcək
# 12 fevral 2007 09:25 (UTC +04:00)
Fevralın 13-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə həmkəndlisini qətlə yetirən Ağakərim Ağayevin işi ilə bağlı hazırlıq iclası keçiriləcək. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. İttiham aktına görə, A. Ağayev 2006-cı ilin sentyabrında Göyçay şəhərindəki bir yeməkxanada həmkəndlisi Alim Biyalıyevlə birlikdə spirtli içki qəbul edib. Həmin gün onlar yaşadıqları Qarayazı kəndində görüşərək yenidən spirtli içki içiblər. Aralarında yaranan mübahisə zamanı A. Ağayev heç bir əsas olmadan həmkəndlisi öldürmək qərarına gəlib, onu yumruqla vurub yerə yıxıb və təpiklə başına zərbələr endirməyə başlayıb. A. Biyalıyev aldığı xəsarətdən hadisə yerində ölüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR