Azərbaycan “Kapital Bank”ı 2006-cı ildə maliyyə göstəriciləri üzrə illik proqnozları 110% səviyyəsində icra edib

Azərbaycan “Kapital Bank”ı 2006-cı ildə maliyyə göstəriciləri üzrə illik proqnozları 110% səviyyəsində icra edib
# 12 fevral 2007 15:15 (UTC +04:00)
Azərbaycan “Kapital Bank”ı 2006-cı ilin yekunlarına görə, maliyyə göstəriciləri üzrə illik proqnozları 110% səviyyəsində yerinə yetirib. APA-nın məlumatına görə, bu barədə “Kapital Bank”ın İdarə Heyətinin sədri Rauf Rzayev məlumat verib.
R.Rzayev bildirib ki, bu dövrdə bankın gəlirliyi proqnozlaşdırılan 22,2 mln. AZN (25,5 mln. ABŞ dolları) əvəzinə 24,4 mln. AZN (28 mln. dollar), xalis mənfəəti isə 3,3 mln. AZN (3,79 mln. dollar) təşkil edib: “2006-cı ilin biznes-planı üzrə bank aktivlərinin həcminin 140 mln. AZN (160 mln. dollar) olacağı gözlənilirdisə də, ilin yekunlarına görə aktivlərimiz 149 mln. AZN (171 mln. dollar) təşkil edib. Bu müddət ərzində yeni cəlb olunan depozitlərin 3 dəfə artması qeydə alınıb”.
R.Rzayevin sözlərinə görə, hazırda bank qarşısında 2007-2009-cu illər üçün yeni biznes planın işlənib hazırlanması vəzifəsi dayanır.
Xatırladaq ki, hazırda Azərbaycanda iki dövlət bankı Azərbaycan Beynəlxalq Bankı (dövlətin iştirak payı 50,2%) və “Kapital Bank” (100%) fəaliyyət göstərir. Bu günlərdə dövlət başçısı “Kapital Bank”ın səhmlərinin 50%-nin özəlləşdirilməsinə dair sərəncam imzalayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR