Qarabağ müharibəsi əlili Rasim Əlıişovun ölümündə təqsirli bilinən polis əməkdaşlarının işi üzrə məhkəmə davam etdirilib

Qarabağ müharibəsi əlili Rasim Əlıişovun ölümündə təqsirli bilinən polis əməkdaşlarının işi üzrə məhkəmə davam etdirilib
# 12 fevral 2007 15:18 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Nüşabə Ağayevanın sədrliyi ilə Qarabağ müharibəsi iştirakçısı Rasim Əlişovun ölümündə təqsirli bilinən Mingəçevir Şəhər Polis İdarəsinin 4 əməkdaşının barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə şahid qismində dindirilən polis şöbəsinin əməkdaşı Ramin Cəbiyev ifadəsində R. Əlişovun döyülməsindən, işgəncə verilməsi barədə məlumatı olmadığını bildirib. Məhkəmə prosesi fevralın 14-də davam etdiriləcək. Qeyd edək ki, “Tərəvəzçilik” sovxozunda yaşayan Qarabağ əlili R. Əlişov ötən il iyulun 24-də qaramal oğurluğu ilə əlaqədar Mingəçevir şəhər Polis Şöbəsinin inzibati binasında gətirilərək cinayəti tam etiraf etmədiyinə görə döyülüb və polis şöbəsinin rəisi İlqar Abbasovun xidməti otağında dünyasını dəyişib. Bu cinayət işi üzrə İlqar Abbasov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərbə vurma) və 309-cu (vəzifə səlahiyyətlərini aşma), Elçin Musayev, polis nəfərləri Ramiz Murquzovun və Anar Həsənova Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunurlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR