Surqutda “İnformasiya texnologiyalarının dövlət maliyyə nəzarəti tədbirlərində istifadəsi” mövzusunda konfrans keçiriləcək

Surqutda “İnformasiya texnologiyalarının dövlət maliyyə nəzarəti tədbirlərində istifadəsi” mövzusunda konfrans keçiriləcək
# 12 fevral 2007 15:26 (UTC +04:00)
Azərbaycan Hesablama Palatasının nümayəndələri fevralın 13-16-da Rusiyanın Surqut şəhərində “İnformasiya texnologiyalarının dövlət maliyyə nəzarəti tədbirlərində istifadəsi” mövzusunda keçiriləcək konfransda iştirak edəcəklər. Bu barədə APA-ya Hesablama Palatasının beynəlxalq münasibətlər və informasiya texnologiyaları şöbəsinin müdiri Fuad İbrahimov məlumat verib.
Konfransda müasir informasiya texnologiyalarının maliyyə nəzarətlərində rolu, istifadəsi və s. məsələlərin müzakirəsi nəzərdə tutulur. Tədbirdə MDB və Baltikyanı ölkələrin ali maliyyə nəzarəti orqanlarının nümayəndələri iştirak edəcəklər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR