Gələn ay Bakıda Türkiyə səfirliyinin yeni binasının təntənəli açılış mərasimi keçiriləcək

Gələn ay Bakıda Türkiyə səfirliyinin yeni binasının təntənəli açılış mərasimi keçiriləcək
# 12 fevral 2007 16:23 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni binasının açılışı mart ayına planlaşdırılır. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu məlumat verib. Səfir bildirib ki, açılış mərasimi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı keçiriləcək. Mərasimdə baş nazirin də iştirakı nəzərdə tutulub. Səfir ABŞ Konqresinin qondarma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə layihəsi ilə bağlı müzakirələrə də münasibət bildirib. H. A. Karslıoğlu qətnamənin qəbuledilməz olduğunu vurğulayıb: “Biz ümid edirik ki, ABŞ Konqresdə belə bir qərar qəbul edilməyəcək. Bilirsiniz ki, nazirimiz ABŞ-da lazımi xəbərdarlıqlar edib, bunun siyasi bir qərar olacağını, tarixi hadisələrə tarixçilərin münasibət bildirməsinin lazım olduğunu diqqətə çatdırıb. Nəticəsini birlikdə görəcəyik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR