Bakı-Qazax yolunun 152-ci kilometrliyində baş verən yol qəzasında 2 nəfər ölüb

Bakı-Qazax yolunun 152-ci kilometrliyində baş verən yol qəzasında 2 nəfər ölüb
# 13 fevral 2007 09:13 (UTC +04:00)
Fevralın 12-də saat 16.15-də Bakı-Qazax magistralının 152-ci kilometrliyində 33-AC-235 dövlət nömrə nişanlı “Kamaz” markalı avtomaşınla 40-AC-380 dövlət nömrə nişanlı “VAZ 2103” markalı avtomaşın toqquşub. Hacıqabul rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini Telman Həsənovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, Kürdəmir rayon Şiryan kənd sakinləri - 1961-ci il təvəllüdlü Ziyafət Yusif oğlu Səfərov və 1976-cı il təvəllüdlü Əli Ziyəddin oğlu Hüseynov olay yerində keçiniblər. Hadisə nəticəsində yaralanan 3 nəfər isə Kürdəmir rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda cinayət işi açılıb, təhqiqat aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR