Benilüks Azərbaycanlıları Konqresi Amsterdamda yürüş-mitinq keçirəcək

Benilüks Azərbaycanlıları Konqresi Amsterdamda yürüş-mitinq keçirəcək
# 13 fevral 2007 10:06 (UTC +04:00)
Fevralın 16-da Benilüks Azərbaycanlıları Konqresi (BAK) və qurumda təmsil olunan beş İraq-türkmən cəmiyyəti Hollandiyanın Amsterdam şəhərində yürüş-mitinq keçirəcək. BAK-dan APA-ya bildiriblər ki, Səddam Hüseyn rejimi devriləndən sonra kürd yaraqlıları bu ölkənin vətəndaşları olan türkmənlərə (azərilərə) qarşı soyqırım həyata keçirir, dünya ictimaiyyəti isə baş verənlərə laqeydlik göstərir. BAK və beş İraq-türkmən cəmiyyəti yürüş-mitinqi bu soyqırıma etiraz əlaməti olaraq təşkil edir. Aksiyanın keçirilməsi üçün artıq Amsterdam bələdiyyəsindən icazə alınıb. Yürüş-mitinq saat 13.30-da şəhərin mərkəzində yəhudi soyqırımının xatirəsinə ucaldılmış abidənin önündə başlayacaq. Aksiya iştirakçıları oradan Muzey Meydanına yürüş edəcəklər və meydanda yerləşən ABŞ-ın Hollandiyadakı səfirliyinin qarşısında mitinq keçirəcəklər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR