Beynəlxalq Avropa Hərəkatının baş katibi Azərbaycana gələcək

Beynəlxalq Avropa Hərəkatının baş katibi Azərbaycana gələcək
# 13 fevral 2007 10:16 (UTC +04:00)
Beynəlxalq Avropa Hərəkatının (BAH) baş katibi Henrik Kroner fevralın 14-də Azərbaycan Avropa Hərəkatının (AAH) prezidenti Həbib Quliyevin dəvəti ilə Azərbaycana səfər edəcək. Azərbaycan Avropa Hərəkatından APA-ya verilən məlumata görə, səfərdə məqsəd Azərbaycanda ictimai-siyasi durum, Avropaya inteqrasiya prosesindəki inkişaf və BAH-nın yerli nümayəndəliyinin fəaliyyəti ilə tanış olmaqdır. Səfər çərçivəsində hökumət nümayəndələri, siyasi partiya və qeyri-hökumət təşkilatlarının rəhbərləri, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər nəzərdə tutulub. H. Kroner Şəhidlər Xiyabanı və Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR