Gəncədə yanvar ayında 12 yanğın hadisəsi baş verib

Gəncədə yanvar ayında 12 yanğın hadisəsi baş verib
# 13 fevral 2007 10:25 (UTC +04:00)
Ötən ay Gəncədə 12 yanğın hadisəsi qeydə alınıb. Yanğınların səkkizi Kəpəz rayonu, dördü isə Nizami rayonu ərazisində baş verib. Gəncə Dövlət Yanğın Təhlükəsizlik Xidmətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, yanvar ayı ərzində baş vermiş yanğınlardan 10-u fərdi yaşayış evlərində, 2-si isə özəl obyektlərdə baş verib.Baş vermiş yanğınlar nəticəsində 4 nəfər xəsarət alıb ki, bunlardan 2 nəfəri dünyasını dəyişib. Bu ilin fevralında isə bir yanğın hadisəsi qeydə alınıb. Yanğınlar əsasən məişət elektrik avadanlıqlarından və qaz cihazlarından ehtiyyatsız istifadə nəticəsində baş verib. Qeyd edək ki, 2006-cı ildə Gəncə şəhərində 45 yanğın hadisəsi qeydə alınıb.Yanğın hadisələrinin 26-sı Kəpəz rayon ərazisində, 19-u isə Nizami rayon ərazisində baş verib. Baş vermiş yanğınların 90 faizi fərdi yaşayış evlərində olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR