Xətai Rayon Polis İdarəsinin əməkdaşları narkotik maddə satan üç nəfəri həbs edib

Xətai Rayon Polis İdarəsinin əməkdaşları narkotik maddə satan üç nəfəri həbs edib
# 13 fevral 2007 10:56 (UTC +04:00)
Xətai Rayon Polis İdarəsinin əməkdaşları əvvəllər məhkum olunmuş Fuad Abdulovun üzərindən 0,257 qram heroin aşkar edərək götürüblər. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində ona həmin maddəni satan, əvvəllər məhkum olunmuş Fuad Əsgərov tutulub. F. Əsgərov istintaqa bildirib ki, heroini İran vətəndaşı, əvvəllər məhkum olunmuş Həsənpur Məhəmməd Rza Əkbər oğlundan alıb. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulan M. Həsənpurun üstündən 2,364 qram heroin götürülüb. Onun yaşadığı mənzildən isə 14 bükülüdə 15,689 qram heroin və bir bükülüdə 33,98 qram tiryək götürülüb. Hər üç şəxs barəsində cinayət işi açılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR