NYMEX-də neftin qiyməti 57,81 dollar/barelədək azalıb

NYMEX-də neftin qiyməti 57,81 dollar/barelədək azalıb
# 13 fevral 2007 11:12 (UTC +04:00)
Fevralın 12-də NYMEX-də hərracın yekununda martda ixrac etməklə WTI neftinin 1 barelinin qiyməti 2,08 dollar azalaraq 57,81 dollar səviyyəsinə enib. APA-nın verdiyi məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin mart müqavilələrinin dəyəri 2,41 dollar 1 barel üçün 56,6 dollaradək aşağı düşüb. Yaxın vaxtlarda hasilatı azaltmağı planlaşdırmadığına dair OPEK-in bəyanatı hərraca təsir edib. Bundan başqa, Səudiyyə Ərəbistanı Asiya neft emalı zavodları üçün neft ixracını artıracağını elan edib.
Neft fyuçerslərinin qiymətinin düşməsinə həmçinin soba mazutu və təbii qazın qiymətlərinin kəskin şəkildə aşağı düşməsi səbəb olub. Belə ki, NYMEX-də dünənki hərracda odluq mazutun qiyməti 4,6%, təbii qazın qiyməti isə 7,7% azalıb, benzin isə 3,8% ucuzlaşıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR