Dow Jones indeksi 0,22%, Nasdaq - 0,38%, S&P 500 - 0,33% düşüb

Dow Jones indeksi 0,22%, Nasdaq - 0,38%, S&P 500 - 0,33% düşüb
# 13 fevral 2007 11:13 (UTC +04:00)
Fevralın 12-də Amerika bazarlarında Dow Jones indeksi 0,22% - 12552,55 bəndədək, Nasdaq 0,38% - 2450,38 bəndədək, S&P 500 isə 0,33% - 1433,37 bəndədək düşüb. ABŞ investorları Federal Ehtiyat Sistemi başçısının Amerika iqtisadiyyatının gələcək inkişafı və baza faiz dərəcəsinin dəyişməsinə dair proqnozlar verməkdə iqtisadçılara kömək edəcək sabahkı çıxışını gözləyir.
APA-nın verdiyi məlumata görə, Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,46% - 6353,5 bəndədək, Fransa CAC-40-ı 0,86% - 5643,95 bəndədək, Almaniya DAX-ı 0,75% - 6859,45 bəndədək düşüb.
Qeyd edək ki, Avropa indeksləri ABŞ-ın fond göstəricilərinin təzyiqi nəticəsində düşüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR